"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu "Napoli"dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu zədəli oyunçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun "Napoli" ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Fernando Llorente bu mövsüm "Napoli"də oyuna çıxmayıb.
Milli.Az