Beyaz reklamdan 6 milyon qazanacaq

20 Dekabr 2020 13:24

Şoumen Beyazıt Öztürk Türkiyənin məşhur məişət əşyaları brendinin siması olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, marka ilə reklam müqaviləsi bağlayan şoumen bunun qarşılığında illik 6 milyon TL (təxminən 1 milyon 323 min manat) pul qazanacaq.

Qeyd edək ki, Beyazıt aktyor İbrahim Büyükakla birlikdə Acunun yeni platforması olan "EXXEN" üçün yeni proqram da hazırlayacaq.

Milli.Az