Ronaldu A Seriyasının bombardiri oldu - VİDEO

20 Dekabr 2020 12:45

"Yuventus"un  hücumçusu Kriştianu Ronaldu A Seriyasının bombardirləri siyahısında birinci yerə yüksəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 13-cü turun "Parma"ya qarşı matçında (4:0) dubl edən 35 yaşlı hücumçu qollarının ümumi sayını 11-ə çatdırıb.

Bununla da o, "Milan"ın hücumçusu Zlatan İbrahimoviç və "İnter"in forvardı Romelu Lukakunu ötüb.

Qeyd edək ki, Ronaldu 2020-ci ildə "Yuventus"un heyətində 38 oyunda 40 qol vurub.

Milli.Az