Ermənistanda COVİD 19-a yoluxanların sayı 153 825-ə çatıb

20 Dekabr 2020 11:53

Ermənistanda daha 652 nəfərdə koronavirus aşkarlanıb, 14 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 153 825-ə çatıb.

Hazırda ölkədə 18 011 aktiv koronavirus xəstəsi var.

Milli.Az