Türkiyədə daha bir zəlzələ baş verib

20 Dekabr 2020 11:47

Bu gün Türkiyədə Egey dənizində 4 bal gücündə baş verən zəlzələdən sonra, Van bölgəsi Başkale ərazisində də yeraltı təkan qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bu dəfə 4,4 bal gücündə zəlzələ baş verib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

Milli.Az