Tbilisidə əl qumbarası ilə yaşayış binasını partladacağını deyən şəxs saxlanıldı

20 Dekabr 2020 10:35

Gürcüstan polisi Tbilisidə yaşayış binasını əl qumbarası ilə partladacağını deyən şəxsi saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Rustavi 2" televiziya kanalı məlumat yayıb.

Əvvəlcə hadisənin ailə münaqişəsi səbəbindən baş verdiyi bildirilib.

Polis həmin şəxslə iki saatdan çox davam edən danışıqlardan sonra onu fikrindən yayındırmağa müvəffəq olub. Ərazi hüquq-mühafizə əməkdaşlarının nəzarətinə götürülüb. Media nümayəndələri üçün hərəkət məhdudlaşdırılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin təfərrüatı barədə hələlik məlumat verməyib.

Milli.Az