Biləsuvarda ev yanıb

19 Dekabr 2020 20:08

Biləsuvar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Bəydili kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az