Əfqanıstan nümayəndə heyəti Azərbaycana səfərə gələcək

19 Dekabr 2020 18:56

Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən Milli.Az-a bildirilib ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

Milli.Az