"Brent" markalı neftin qiyməti 52 dolları keçib

19 Dekabr 2020 12:14

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,59% artaraq 1 barelə görə 52,32 dollar təşkil edib.

Milli.Az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,45% artaraq 49,06 dollar təşkil edib.

Milli.Az