"Ulduz döyüşləri"nin qəhrəmanı vəfat edib

19 Dekabr 2020 09:29

"Ulduz döyüşləri" filminin qəhrəmanı Ceremi Bullok vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində "Boba Fett" obrazı ilə məşhurlaşan britaniyalı aktyor uzun müddət əziyyət çəkdiyi parkinson xəstəliyindən 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ceremi kariyerası boyunca 100-dən çox filmdə rol alıb.

Milli.Az