İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviçin dönüşü yubanacaq.
Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb isveçli forvardın yenidən zədələnməsidir.
A seriyasının VIII turunda "Napoli" ilə (3:1) qarşılaşmada zədələndiyi üçün noyabrın 22-dən yaşıl meydanlardan uzaq qalan 39 yaşlı oyunçu bu gün kollektivə qoşulsa da, məşqdən sonra narahatlıq hiss edib. Müayinə zamanı sol ayaq əzələsində qanaxma aşkarlanıb.
Onun ən azı 10 gün məşqlərdən uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, İbrahimoviç ilin "Sassuolo" və "Latsio" ilə keçiriləcək son matçlarını buraxacaq.
Milli.Az