Somalidə stadionda törədilmiş partlayış zamanı azı 10 nəfər ölüb

19 Dekabr 2020 08:43

Somalinin mərkəzi Qalkayo şəhərindəki stadionda baş vermiş güclü partlayış nəticəsində azı 10 nəfər ölüb. Onların arasında üç yüksək rütbəli zabit də var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin stadiona gözlənilən gəlişindən bir qədər əvvəl baş verib. Partlayışın terror hücumu həyata keçirən kamikadze tərəfindən törədildiyi bildirilir. Onun "Əş-Şabab" terror qrupu ilə əlaqəsinin olduğu deyilir.

Milli.Az