"Traktor" İran çempionatında növbəti oyununa çıxıb.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 7-ci turda "Paykan"la qarşılaşıb. Görüş Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Traktor" bu qələbədən sonra xallarının sayını 12-yə çatdırıb və 3-cü pilləyə yüksəlib. "Gol Gohar" 13 xalla lider, "Esteqlal" isə 12 xalla 2-cidir.
Milli.Az