Tanınmış rus satiriki Bakıya gəlir
11 Yanvar 2012 18:32
Bu ilki "Gülüş günü" Azərbaycan tamaşaçıları üçün daha yaddaqalan olacaq. "Azadinform" xəbər verir ki, Mixail Jvanetski 1 aprel tarixində Bakıya gələcək.
Gülüş ustası öz yaradıcılığı əsasında hazırladığı repertuarla paytaxt sakinləri qarşısında çıxış edəcək. Heydər Əliyev Sarayında təşkil olunacaq konsert proqramında M.Jvanetski müasirimiz olan insan və cəmiyyət nöqsanlarını satirik dillə ifadə edəcək.
Milli.Az