Gəncə terrorunda valideynlərini itirən Sevilin ad günüdür - FOTO

18 Dekabr 2020 19:51

Oktyabrın 11-nə keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirən Sevilin 17 yaşı tamam olur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Sevil bu əlamətdar günü yaxın qohumlarının əhatəsində onun üçün hazırlanmış tortu kəsərək qeyd edib.

Qeyd edək ki, Sevil hazırda orta məktəbin 11-ci sinfində təhsil alır. Ali məktəbə qəbul olmaq üçün hazırlaşır. Sevilin 9 yaşlı Hüseyn adlı bir qardaşı da var.

Redaksiyadan: Biz də öz növbəmizdə Sevili təbrik edir, ona və qardaşına bundan sonrakı həyatlarında yalnız xoş günlər arzulayırıq. Güclü olun, bilin ki, siz tək deyilsiniz, bütün Azərbaycan xalqı hər zaman yanınızdadır.

Milli.Az