Türkiyə müxalifəti: Obama «erməni soyqırımı»nı tanıdı!

26 Aprel 2010 11:49
"CNN Türk"ün məlumatına görə, bunu CHP-nin sədr müavini Onur Öymen bəyan edib. O, hesab edir ki, Ağ Ev sahibinin aprelin 24-də "soyqırım"ın ildönümü ilə bağlı açıqladığı yazılı müraciətdə erməni dilində işlətdiyi "Mets Yeqern" sözü əslində "erməni soyqırımı" deməkdir. Öymen Obamanın bu çıxışının Türkiyə üçün qəbuledilməz olduğunu bildirib.

Milli.Az