Gözəlliyi ilə göz qamaşdıran xanım futbolçu bağışlandı - FOTOlar

19 Dekabr 2020 18:24

Madelin Rayt qaməti və gözəlliyi ilə göz qamaşdıran idmançılardandır.

"Çarlton"un qadın komandasında yer alan futbolçu xanımın ən böyük nöqsanı spirtli içkilərə və uyuşdurucu maddələrə aludəçiliyidir. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Madelin bu səbəbdən bir müddət öncə "Çarlton"dan qovulmuşdu. Qatıldığı əyləncə məclisində şardan uyuşdurucu maddə çəkməsi, üstəgəl, sükan arxasında spirtli içki qəbul etməsi ilə bağlı görüntülərin ortaya çıxmasından sonra rəhbərlik onu komandadan uzaqlaşdırmışdı. 

Lakin ayrılıq uzun sürməyib. Rayt klub rəhbərliyi ilə görüşərək əməlindən peşmanlıq hissi duyduğunu bildirib, hamıdan üzr istəyib. Bundan sonra "Çarlton"un qapıları yenidən cəlbedici xanımın üzünə açılıb.

Bu da haqqında bəhs etdiyimiz həmin Madelin Rayt.

Milli.Az