“WhatsApp” kompüter versiyası üçün vacib yeniləmə təqdim edəcək

19 Dekabr 2020 22:40

Populyar "WhatsApp" messencerinin veb və kompüter versiyasında zənglər əlçatan olacaq. Bu barədə "WABetaInfo" portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, proqramın tərtibatçıları səsli və videozənglərin ötürülməsi funksiyasını aktiv şəkildə sınaqdan keçirirlər. Masaüstü versiyanın bəzi istifadəçiləri artıq proqramın yenilənmiş interfeysindən istifadə etmək imkanına yiyələniblər.

Messencer hələ ki smartfonlar üçün eksklüziv  olan funksiyanın  təqdimetmə tarixini açıqlamayıb. Amma insayderlərin məlumatına görə, yeni seçim yaxın həftələr ərzində bütün istifadəçilərə əlçatan olacaq.

Milli.Az