Peskov: "Vladimir Putin hələ də smartfondan istifadə etmir"

18 Dekabr 2020 18:44

Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" radiosunun efirində bildirib.

"Onun smartfonu yoxdur, bu, sadəcə mümkün deyil", - deyə o vurğulayıb.

D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.

Milli.Az