“Fənərbağça”da 7 itki

18 Dekabr 2020 17:39

"Fənərbağça" Türkiyə Superliqasının 13-cü turunda "Qaziantep"lə səfər oyununa ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Zədədən əziyyət çəkən Xose Sosa, Tolqa Ciğerci, Enner Valensia, Maurisio Lemos, Mbvana Samatta və Diego Perotti səfər oyununa aparılmayacaq. Altay Bayındır isə cəzalı olduğu üçün növbəti matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qaziantep" - "Fənərbağça" matçı sabah keçiriləcək.

Milli.Az