Kənan Kərimovun atası koronavirusdan öldü

18 Dekabr 2020 11:44

Daha bir futbol veteranı Kənan Kərimovun ailəsində itki baş verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, mütəxəssisin atası Nizami Kərimov vəfat edib.

Bir həftə əvvəl koronavirusa yoluxan 75 yaşlı Kərimov yaşadığı Yevlaxda dünyasını dəyişib. O, Yevlax xəstəxanasında ürəktutmadan vəfat edib.

Qeyd edək ki, "Səbail"in qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev iki gün əvvəl koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Milli.Az