Qubada iki maşın toqquşdu

18 Dekabr 2020 13:24

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 99-VP-470 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik maşını yolun kənarında dayanan 99-RS-520 dövlət nömrə nişanlı, "Ford" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az