Bakı sakinlərinin nəzərinə: Bu tarixdə küçəyə çıxmamağınız xahiş olunur

18 Dekabr 2020 09:47

Bakıda dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Milli.Az-a verilən məlumata görə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Milli.Az