Mingəçevirdə də zəlzələ olub

18 Dekabr 2020 09:49

Dekabrın 18-də Mingəçevirdə maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Milli.Az