Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

18 Dekabr 2020 10:14

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 789-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 851 xəstə sağalıb.

Ölkədə 304 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az