İlin ən gözəl qolunun müəllifi bəlli oldu

17 Dekabr 2020 23:56

FİFA ilin ən gözəl qolunun müəllifini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Püşkaş mükafatına "Tottenhem"in yarımmüdafiəçisi Son Hın-Minlayiq görülüb.

Cənubi korekoralı futbolçunun İngiltərə Premyer Liqasında "Bernli"yə vurduğu qol ən yaxşı seçilib.

O, digər iki qolun müəllifləri - Giorgian de Arraskaeta ("Çeara" - "Flamenqo" oyunu) və Luis Suaresi ("Barselona" - "Malyorka" oyunu) arxada qoyub.

Milli.Az