Türkiyədə 5 baladək zəlzələ oldu

17 Dekabr 2020 19:09

Türkiyədə 4,6 bal gücündə zəlzələ olub.

"Qafqazinfo" xəbər verir ki, təkanlar Egey dənizində qeydə alınıb. Zəlzələ ocağı 5,5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Bodrum və Datçada hiss edilib.

Milli.Az