ABŞ-ın bir neçə ştatı qar fırtınasına məruz qalıb - FOTO

18 Dekabr 2020 00:45

ABŞ-ın şərq sahilləri şiddətli qar fırtınasına məruz qalıb. Əlverişsiz hava şəraitindən eyni vaxtda bir neçə ştat əziyyət çəkir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüntünün pisləşməsi səbəbindən yollarda hərəkət çətinləşib. Küləyin sürəti saatda 80 kilometrə çatır. Kommunal xidmət işçiləri qar topalarını təmizləməkdə çətinlik çəkirlər.

Pensilvaniya ştatında sürətli avtomagistralda 60 avtomobil toqquşub, iki nəfər həlak olub, çox sayda insan yaralanıb. Ştatda qarın hündürlüyünün 60 santimetrə çatacağı proqnozlaşdırılır. Şimali Karolinada və Virciniyanın cənub-qərbində isə buz yağışı gözlənilir.

Milli.Az