İspaniyanın baş naziri də karantinə alındı - Makronla görüşdüyünə görə

17 Dekabr 2020 18:08

İspaniyanın baş naziri Pedro Sançez karantin altına alınıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, səbəb Sançezin koronavirusa yoluxduğu məlum olan Fransa prezidenti Emanuel Makronla görüşməsi olub.

Pedro Sançez də yoluxma riski olduğuna görə 14 gün özünütəcrid şəraitində karantində qalacaq.

Milli.Az