İraq Baş naziri Türkiyədə - FOTO

17 Dekabr 2020 17:07

İraq Baş naziri Mustafa əl-Kazımi Türkiyədə rəsmi səfərdədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş Beştəpədəki Cümhuriyyət Sarayında reallaşıb.

Kazımi Ərdoğanla görüşdən əvvəl Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Tərəflər PKK və İŞİD-lə mübarizəni, eləcə də bölgədə baş verən digər məsələləri müzakirə edəcəklər.

Milli.Az