Bakı və Abşeronda keçiriləcək bayram yarmarkalarının yeri məlum oldu

17 Dekabr 2020 15:23

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar - Yeni il münasibəti ilə Kənd Təsərrüfatının təşkil edəcəyi bayram yarmarkalarının keçiriləcəyi yerlər müəyyən edilib.

Bu barədə Milli.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bayram yarmarkaları əsasən 3 ərazidə fəaliyyət göstərəcək:

"Yarmarkalar paytaxtın Nərimanov rayonu, Gənclik metrostansiyasının yanında, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5 və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində quraşdırılacaq. Yarmarkalar yaxın günlərdə fəaliyyətə başlayacaq".

Milli.Az