Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti tərəfindən narkotik vasitələrin insanın həyat və sağlamlığına vurduğu bərpası mümkün olmayan yaralardan bəhs edən yeni sosial çarx hazırlanıb.
Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, video materialda narkotik vasitələrdən istifadə edən şəxslərin təkcə özlərinə ziyan vermədiyi, həmçinin gələcək nəsillər üçün də böyük təhlükə mənbəyi olduğu öz əksini tapıb.
Milli.Az