Rusiyada son sutkada daha 28 214 nəfər COVID-19-a yoluxub

17 Dekabr 2020 18:50

Rusiyada son sutka ərzində daha 28 214 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 2 762 668 nəfərə çatıb.

Son sutka ərzində 587 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə, koronavirusdan ölənlərin sayı isə 49 151 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az