Yunanıstanla Türkiyə arasında növbəti gərginlik

17 Dekabr 2020 15:58

Yunanıstan və Türkiyə arasında Egey və Aralıq dənizləri bölgəsində növbəti gərginlik yaşanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Yunanıstan Meis adasının demilitarizasiyası haqqında beynəlxalq hüququn tələblərini pozub. Belə ki, 1947-ci ildə Paris anlaşmasında adaya hərbsizləşmə statusu verilib. Yunanıstanın hüququn tələblərini pozaraq adaya silah topladığı bildirilir.

Türkiyə Yunanıstanın bu addımını pisləyib və Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb.

Milli.Az