Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun ŞƏKLİ ucaldıldı

17 Dekabr 2020 11:56

Hadrut qəsəbəsində Milli Qəhrəman Mübariz İbrahimovun şəkli ucaldılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, döyüşlər gedən zaman ermənilər alınmaz qala kimi bu daşın üzərində snayperlərlə şəkil çəkib paylaşırdılar.

Artıq bu daşın qarşısında Mübariz İbrahimovun şəkli ucalır. Daşın özü isə Azərbaycan bayrağının rənglərinə boyanıb.

Milli.Az