Brent markalı neftin qiyməti 51 dolları keçib

17 Dekabr 2020 10:06

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,9% artaraq 1 barelə görə 51,54 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1% artaraq 48,3 dollar təşkil edib.

Milli.Az