Bərdədə köməkçi tikili yanıb

17 Dekabr 2020 07:15

Bərdə rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Kərimbəyli kəndində fermanın ərazisində ümumi sahəsi 54 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az