Bakıda yaşayış binasında yanğın baş verib

16 Dekabr 2020 23:45

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik sayğacı və qoruyucu açar 2 ədəd, kabel 1 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az