Şuşa uğrunda döyüşlərdə şəhid olan DİN-in baş çavuşu - FOTO

16 Dekabr 2020 19:17

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az