Qarabağda erməni hərbi qulluqçu Vaqe Babayan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" yayıb.
Hadisə 15 dekabrda, təxminən 14:17-də baş verib.
Onun 18 yaşı var idi.
Versiyalardan birinə görə, onu erməni hərbi qulluqçuları özləri öldürüblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az