"Zirə" braziliyalı hücumçu ilə müqaviləni pozdu - Rəsmi

16 Dekabr 2020 18:39

"Zirə" futbolçusu Kaio Rangel da Silva ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu ilin avqustundan "Zirə"də çıxış edirdi. O, Premyer Liqada cəmi 3 oyunda iştirak edib. Rangel Silvanın "Zirə" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var idi.

Milli.Az