Dünya Bankı 2022-ci ildə neftin orta qiymətinin 50 dollar olacağını gözləyir

16 Dekabr 2020 18:24

Dünya Bankı gələn il neftin bir barelinin orta qiymətinin təxminən 44 ABŞ dolları olacağını proqnozlaşdırır ki, bu da 2020-ci il üçün edilən proqnozdan 3 dollar çoxdur.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, 2020-ci ildə neftin orta qiyməti 41 dollar səviyyəsində olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2022-ci ildə də neftə bahalaşması davam edəcək və qiymət 50 dollara çatacaq.

Hesabatda qiymət proqnozları üçün əsas riskin koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənliyin olduğu göstərilir.

Milli.Az