Rusiyada altı milyondan bir qədər çox miqrant var.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müxtəlif dövrlərdə onların sayı 9-11 milyon nəfər aralığında dəyişib.
"Bu il onların sayı tədricən azalmağa başladı və hazırda 6,3 milyon nəfərdir", - bildirilib.
Bundan başqa, ölkədə bir milyon insanın müvəqqəti yaşayış icazəsi və ya oturma izni var.
Milli.Az