Bakcell özünün yenilənmiş Klass tarifləri vasitəsilə indi eyni qiymətə daha çox internet və dəqiqə təklif edir.
Bundan sonra, Bakcell abunəçiləri istifadə etdikləri Klass paketlərində daha çox internet və dəqiqə əldə edərək ölkənin ən sürətli mobil şəbəkəsinin potensialından və üstün müştəri təcrübəsindən yararlana biləcəklər. Yeni Klass tarifləri aşağıdakı üstünlükləri təqdim edir:
Bundan əlavə, Bakcell tam yeni "Klass 15" tarifini təqdim edib. Bu tarif sayəsində abunəçilər ayda 15 AZN ödəməklə ölkədaxili zənglər üçün 450 dəqiqə və 5 GB İnternet əldə edəcəklər.
Yeni Klass tarifləri və qoşulma şərtləri barədə daha ətraflı məlumat https://www.bakcell.com/klass/az/klass/ səhifəsində yerləşdirilib.
"Biz müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi müştəri təcrübəsinin təkmillləşdirilməsi üzərində daim çalışırıq. "Klass" tarifinin istifadəçiləri indi eyni qiymətə daha çox internet trafiki və dəqiqə əldə edərək Azərbaycanın ən sürətli mobil şəbəkəsinin üstünlüklərindən daha sərfəli şərtlərlə yararlanacaqlar. Yenilənmiş "Klass" tarifləri yerli bazarın ən sərfəli və rahat təkliflərindən biridir", deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Qeyd edək ki, bütün Klass tariflərində limitsiz WhatsApp yazışması (yalnız mətn) pulsuzdur. "Klass 50" paketinin istifadəçiləri isə "WhatsApp"dan pulsuz və limitsiz olaraq istifadə etmək imkanına malikdirlər.
Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daim inkişaf etdirərək abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edir. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülən Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanlara malikdir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər