Şou-biznesin tanınmış simalarının tez-tez müraciət etdiyi falçı koronavirusdan vəfat etdi

16 Dekabr 2020 14:39

Şou-biznesin tanınmış simalarının tez-tez müraciət etdiyi astaralı falçı Məmmədsəfa vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun ölümünə səbəb koronavirus infeksiyasına yoluxması olub.

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayeva, müğənni Mətanət Əsədovanın falçının evində görüntüləri yayılmışdı. E.Abdullayeva uzun müddət xəstə olduğunu, mollanın ona şəfa verdiyini etiraf etmişdi.

Mətanət Əsədova da mövzu ilə bağlı danışarkən Məmmədsəfanın onu xəstəlikdən sağaltdığını bildirmişdi.

Milli.Az