Bakıda güclü külək əsəcək, hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

16 Dekabr 2020 14:11

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli.Az