Bakıda ödəmə terminalından 3 min manatdan artıq oğurluq edilib

16 Dekabr 2020 15:59

Bakıda ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat  xidmətindən Milli.Az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından 3438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az