Türkiyənin Bakıdan keçən ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədinə çatıb - FOTO

16 Dekabr 2020 18:59

Türkiyənin Bakıdan keçən ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb.

Bu barədə Milli.Az-a Bakı Limanından bildiriblər. Qeyd olunub ki, 4 dekabr tarixində İstanbuldan çıxan, 10 dekabr tarixində Bakı Limanından keçərək Sian şəhərinə istiqamətlənən Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıbdır.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan qatar İstanbul (Marmaray)-Köseköy-Ankara-Sivas-Qars-Bakı-Aktau-Almata-Korqos-Sian xətti üzrə 8693 kilometr yolu 12 günə qət edəcək.

Milli.Az