Bu gün Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının iclası başlayır

16 Dekabr 2020 11:15

16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası videokonfrans formatında keçiriləcək.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirin birinci günündə iclas prosedur məsələləri nəzərdən keçiriləcək, ikinci gün isə "Hər kəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçiriləcək.

Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edəcək.

Milli.Az