Gürcüstanda son sutkada 3 487 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb

16 Dekabr 2020 13:44

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 487 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla, qonşu ölkədə koronavirusa yoluxanların sayı 198.387, ölənlərin sayı isə 1922 nəfərə çatıb.

Virusa yoluxanlardan 167 281 nəfərin sağaldığı bildirilir.

Milli.Az